Qubada məktəb müəllimini maşın vuraraq öldürüb
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Vaqif küçəsində qeydə alınıb.
Quba rayon sakini Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyevanı və onun iki övladını vurub.
Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Vəli Turan, Rizvan Hacıyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu