Qubada məktəb müəllimini maşın vuraraq öldürüb

# 13:27
10 oktyabr 2022

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Vaqif küçəsində qeydə alınıb.

 

Quba rayon sakini Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyevanı və onun iki övladını vurub.

 

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyatı müəllimi  Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 

Vəli Turan, Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR