Qubada sel fəsadlar törətdi, su kəndlərə ziyan vurdu

# 13:26
12 iyun 2023

 

Sel Quba rayonunda bir sıra fəsadlar törədib. Ötən gün günorta saatlarında yağan qısamüddətli leysan nəticəsində Qubanın bir sıra yaşayış məntəqələrində sel suları fəsadlar törədib. Rayonunun Qarxun, Yerfi, Rük, Adur kəndlərində sel suları bir neçə həyətə dolub və təsərrüfatlara ziyan vurub. Quba Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, sel suları daha çox Yerfi kəndinə fəsadlar törədib. Burada kəndarası yollara, körpüyə, sakinlərə məxsus mal-qaraya, təsərrüfatlara ziyan dəyib. Bundan başqa Tüləkəran inzibati ərazi dairəsinin bəzi kəndlərində də sel suları fəsadlar törədib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR