Qubadlıda mina partladı, ANAMA-nın əməkdaşı yaralandı

# 12:06
30 avqust 2022

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində avqustun 30-da piyada əleyhinə mina hadisəsi baş verib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, partlayış nəticəsində, Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Belçika malinuası - "Dina" ləqəbli minaaxtaran it ölüb.

 

 “Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR