Qubadlının Xanlıq qəsəbəsində əkin sahələri mina və PHS-dən təmizlənir
“Hazırda Qubadlı rayonunun Xanlıq qəsəbəsinin yuxarı hissəsində yerləşən əkin sahələrinin mina və partlamamış sursatlardan təmizlənməsi üçün əməliyyat aparırıq”.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Cəlaləddin Əliyev bildirib.
C. Əliyev deyib ki, hazırda əməliyyat aparılan sahə 779 938 kvadrat metrdir: “Ərazidə 12 günə yaxındır ki, əməliyyatlar aparırıq. Əməliyyatlar zamanı ərazidən 1 ədəd PQ raketi tapılıb. Təmizləmə gündəlik 5,7 faiz ərazi təmizlənir. Artıq ərazinin 48,7 faizi mina və partlamamış sursatlardan təmizlənib. Bu sahə tərəfimizdən təmizləndikdən sonra əkin işləri aparılacaq”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi