Qüdrət Həsənquliyev: “Hərə bir istintaq idarəsi yaradıb”
“Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Çox az nazirliyin istintaq orqanı yoxdur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, vahid İstintaq Komitəsi yaradılmalıdır: “Məhkəmələrdə süründürməçilik halları da çoxdur. AzərTAC-ın müxbiri 2022-ci ilin oktyabrından işə bərpa ilə bağlı müraciət edib, indiyə kimi süründürməçiliyə yol verilir. Belə hallara məruzədə diqqət yetirilməlidir. Biz güclü hüquq-məhkəmə sistemi yaratmalıyıq”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu