”Qulaqlıq” deyib, keçməyin, min cür fəsad yaradır - APA TV

# 17:37
15 oktyabr 2022

Son zamanlar naqilsiz qulaqlıqlardan istifadə edənlərin sayı çoxalıb. Bəzi mütəxəssislər iddia edirlər ki, bu növ qulaqlıqlardan istifadə rahat olsa da, sağlığımızı əlimizdən ala bilər. Bəs həqiqətənmi bu cür qulaqlıqlar sağlamlığımıza zərər vurur?

 

Şəhərdə apardığımız sorğunun nəticəsi belədir:

 

- Bəli, 2 ildən çoxdur. Çox vaxt ağrıdır, amma indiki dövrdə normaldır taxmaq.

 

- Haradasa 1 il istifadə etdim, sonra xarab oldu. Xeyr yaşamamışam elə bir problem.

 

Bəs həkimlər nə deyir? Ümumiyyətlə, qulaqlıqdan istifadə edərkən nələrə diqqət etməliyik?

 

Həkim Dilşad Şadlinskaya deyir ki, qulaqlıqları taxdığımız zaman, qulaqlıq qulaq pərdəsinə yaxın olduğundan yüksək səslə musiqi dinlədikdə bizim eşitmə sinirimizin həssaslığını itirir və eşitmədə problemlər yarada bilər: “Həmin qulaqlıqları çox istifadə etdiyimiz zaman bəli, diqqət dağınıqlığı və yaddaş pozuntusu yaranır. Belə olduğu halda bəzən yolu keçən zaman maşın səsləri və s. eşitməmə ehtimalı var”.

 

Lor onu da qeyd edir ki, eşitmə pozuntusu təkcə yüksək səslə dinlədikdə yaranmır: “Qulaqlıqdan istifadə edilən zaman ilk növbədə təmizliyə riayət etmək lazımdır. Uzunmüddətli kirli istifadə edən zaman qulaq kiri tıxacları yarana bilər və ordan yaranan infeksiya qulaqdaxili infeksiyon prosseslər yarada bilər. İstifadəçilərə tövsiyyəm qulaqları xaric edən zaman hər dəfə təmizləməlidirlər. Həmçinin, istifadəçilərə yüksək səslə musiqi dinləməyi də məsləhət görmürəm”.

 

Mütəxəssislər onu da vurğulayırlar ki, qulaqlıqdan uzunmüddətli istifadə də ciddi problemlər yarada bilər. Buna görə də, fasilələrlə istifadəyə önəm verilməlidir.

 

Aysel Əliyeva,

Ziya Allahyarov,

APA TV.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR