Quldurluq edən şəxslər tutuldu – HADİSƏ ANI

# 13:40
13 aprel 2021

Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib və obyektin kassasından 480 manat pulu talayıb.

 

Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Nəticədə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb.

 

Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq hadisəsi obyektin kameraları tərəfindən də lentə alınıb.

 

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə fevral-aprel ayları ərzində silsilə oğurluqlar edən keçmiş məhkum, Elşən Mailov saxlanılıb.

 

Araşdırma zamanı onun təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq etdiyi məlum olub.

Elşən Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.

 

Faktla bağlı cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR