Qumenyuk: “Rusiya qoşunları taktikanı dəyişib”

# 11:09
31 may 2023

 

Ukrayna Silahli Qüvvələrinin Cənub Operativ Qərargahı Rusiya qoşunlarının dənizdən raketlər və pilotsuz təyyarələrlə güclü hücuma hazırlaşdığı haqda açıqlama yayıb. Bu barədə APA İnformasiya Agentliyi xəbər yayıb. Məlumatda bildirilir ki, Rusiya Silahlı Qüvvələri Qara dənizdə yerləşən raketdaşıyıcılardan Ukraynaya zərbələr endirə bilər. Cənub Operativ qərargahının sözçüsü Natalya Qumenyuk deyib ki, Rusiya hərbçiləri hərtərəfli hücuma hazırlaşır. Qumenyukun sözlərinə görə, rus qoşunları Qara dənizdəki reaktiv daşıyıcı sistemlərdən şəhərləri atəşə tutacaq, həmçinin hücum pilotsuz təyyarələrini buraxacaq. Qumenyukun fikrincə Rusiya Federasiyasının Silahlı Qüvvələri taktikanı dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR