Qurban Qurbanov görün yuxusunda hansı DEPUTATI GÖRÜB

# 10:46
13 iyul 2022

“Lex”ə 5:1 hesabı ilə qalib gələn “Qarabağ” hər kəsin sevincinə səbəb olub.

 

APA TV xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında da maraqlı anlar yaşanıb. Belə ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında gecə gördüyü yuxudan danışıb.

 

O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü bildirib:

 

“Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm, Şuşada dağın başındadır, qar yağıb. Aqil müəllim də qarın içindədir. Mənə deyir ki, şəhərdə nə cür istidir, amma Qarabağda gör hava necədir. Mənə bir-bir təpələrdəki qarı göstərib. Mən də yuxuda sanki Şuşada idim”, - deyə Qurban Qurbanov bildirib.

 

Qeyd edək ki, millət vəkili “Qarabağ” azarkeşidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR