Qurban Qurbanovdan etiraz
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bazel”lə matçdan sonra keçirilən mətbuat konfransında maraqlı addım atıb.
APA TV xəbər verir ki, o, mətbuat konfransında masanın üzərində olan pivə şüşələrinin götürülməsini istəyib.
Təcrübəli baş məşqçinin istəyi yerinə yetirilib. Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb zalı tərk etdikdən sonra isə şüşələr yenidən masanın üzərinə düzülüb.
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib