Qusarda əməliyyat keçirildi - RAYON SAKİNİ NARKOTİKLƏ TUTULDU
Narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayon sakini yaxalanıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Mucuq kənd sakini Nadir Şixmetov yaxalanıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb: “Evdən nəşə tapıblar, hamısının yerini göstərdim. Becərdib qoymuşdum qurutmağa, kollar idi. Çəkəniyəm, özüm üçün əkmişdim. Peşmanam”.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu