Quşçuluq sexlərindən oğurluq edənlər tutuldu
Siyəzəndə quşçuluq sexlərindən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və sexlərə məxsus digər avadanlıqları oğurlamaqda şübhəli bilinən Vüsal Hüseynov, Ziya Məhərrəmzadə və Samir İlyasov yaxalanıb.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri silsilə oğurluq hadisələrini etiraf ediblər.
Faktlarla bağlı cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu