Qvatemala prezidentinə qarşı sui-qəsd olub
Qvatemala prezidentinə sui-qəsd olub. APA xəbər verir ki, bu barədə “Sonora” radiostansiyası məlumat yayıb. Ölkə Prezidenti Alexandro Cammatteinin də olduğu nümayəndə heyətinə silahlı hücum nəticəsində bir neçə nəfər yaralanıb. Alexandro Cammatteinin vəziyyətinin yaxşı olduğu bildirilir Nümayəndə heyətini qoruyan hərbçilər hücum edənlərdən birini yaralayıb. İlkin məlumatlara görə,həmin şəxs Meksika vətəndaşıdır. Hücum edənlərdən bəziləri Meksika ərazisinə qaçıb. Qonşu ölkənin hərbçiləri ən azı dörd Qvatemala vətəndaşını saxlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu