Ramanada “Z” işarələri peyda olub
Bakının Ramana qəsəbəsində son günlər heç də birmənalı qarşılanmayan “Z” işarəsi peyda olub.
APA TV Oxu.az-a istinadən xəbər verir ki, fotolarda divarlarda və yük maşınlarının üzərində qırmızı rəngli işarələr olduğu görünür.
Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Rusiya hərbi bölmələrinin texnikalarının üzərində “V” və “Z” işarələri qeyd olunub. Rusiya Müdafiə Nazirliyi bu işarələri “Z” - “Qələbə uğrunda” (“Za pobedu”) və “V” - “Güc həqiqətdədir” (“Sila v pravde”), həmçinin “Vəzifə yerinə yetiriləcək” (“Zadaça budet vıpolnena”) kimi təfsir edib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi