Rasim Məmmədova hökm oxundu
Tanınmış iş adamı, "Baku Steel Company" şirkətinin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunlaşıb.
"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunurdu.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib