Rayon sakini polisi belə aldatdı: 12 minlik...

# 19:56
18 aprel 2022

Lənkəran sakininin 12 000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması ilə bağlı polisə yalan məlumat verdiyi müəyyən edilib.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus olan “Vaz 2107” markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi məlum olub. Həmin qızıl-zinət əşyalarının Xalid Həmidovda olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, polis və digər dövlət qurumlarına yalan məlumat vermək hüquqi məsuliyyət yaradır.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV, Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR