Rayon sakini təkbaşına silsilə oğurluqlar etdi

# 13:57
30 iyul 2022

Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

 

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Şahin Əfəndiyev saxlanılıb.

 

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1300 manatdan çox pul,  46000 rus rublu və  ümumi dəyəri 10000 manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.

 

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Şahin Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR