Rayon sakininin həyətində 77 kq-dan artıq narkotik aşkarlandı
Göyçayda narkotik yetişdirən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb.
Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarım tikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Araşdırma zamanı Xanlar Həsənovun narkotik tərkibli bitkiləri həm şəxsi istifadəsi, həm də satış məqsədilə mart ayında əkdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.