Rəcəb Tayyib Ərdoğana peyvəndin ikinci dozası vurulub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin ikinci dozası vurulub.
APA TV-nin xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu il yanvarın 14-də Rəcəb Tayyib Ərdoğan COVID-19-a qarşı peyvənd olunub.
Xatırladaq ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.
Türkiyədə koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri