Regionun və dünyanın balans gücünə çevrilmiş ölkə - TÜRKİYƏ

# 14:26
8 aprel 2023

Osmanlı imperiyasından sonra qurulan Türkiyə Cümhuriyyətində həm prezident, həm də parlament idarə sistemi tətbiq edilib. Ümumilikdə, ölkəyə bugünədək 12 prezident rəhbərlik edib. Türkiyə tarixində 4 çevriliş və 1 çevrilişə cəhd yaşanıb. İstər tarix boyu, istərsə də günümüzdə ölkənin gündəmi daim gərgin olub. Əsrlərdir imperiya olan, üstəlik etnik tərkibinin zənginliyi ölkədə əhalinin ictimai və siyasi fikirlərin formalaşmasına, eləcə də dinamik inkişafına təsir edib. Yəni ki, Türkiyənin bir bölgəsində siyasi-ictimai yanaşma digər bölgələrindəki ilə eyni deyil. Üstəlik, qonşu ölkələrlə münasibətlər, xüsusən də Türkiyə daxilində sabitliyin pozulmasında maraqlı olan güclərin fəalliyyəti ölkənin idarəolunmasının necə çətin olduğunun sübutudur. Hazırda Türkiyənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 121 siyasi partiya var. Partiyadakı üzv saylarına görə,  11 milyondan çox üzvü olan AKP birinci, 1.5 milyon üzvü ilə CHP ikinci, 618 min üzvü ilə İYİ partiyası üçüncü yerdədəir. Dördüncü yerdə 465 min nəfərlə MHP, 5-ci yerə isə 45 min nəfərlə HDP sahibdir. Ölkə siyasətində sosialist partiyası da var ki, üzvlərinin sayı 28 minə yaxındır.

Türkiyə 1960-cı il çevrili­şindən sonra baş nazir Adnan Menderes və nazirləri Fatih Rüştü Zorlu və Hasan Polat­kanın, eləcə də yüzlərlə siyasilərin edam edildiyi ölkədir. Son illərdə qurulmuş və oturuşmuş uğurlu siyasi idarəetmə seçimi sayəsində demək olar ki, sadalanan məyusedici hallar qardaş ölkənin tarixində basdırılıb. Dünyanın aparıcı psixoloqlarının 100 ölkə arasında keçirdiyi sorğuya görə Türkiyə ən əsəbi sakinləri olan iki ölkədən biridir. Bundan başqa, dünyada cinayət hadisələrinin ən çox olduğu ölkələrdən biri də Türkiyədir. Buraya bir neçə ölkələrin əli olan terror təşkilatlarının törətdiyi aktlar da daxildir. Lakin bir daha vurğulamaq yerinə düşər ki, son illər görülən  təhlükəsizlik tədbirləri, xüsusilə terrora qarşı aparılan əməliyyatlar ölkə içərisindəki bu addımların atılmasının qarşısı alındı. Artıq anti-terror əməliyyatları ölkə xaricində aparılmaqdadır. Terror təşkilatı PKK və onun digər qollarına qarşı aparılan hərbi əməliyyatlardan Güneş, Şah Fırat, Fırat Kalkanı, Zeytin dalı, Pençe, Barış pınarı və bir çox Türkiyə xalqının rifahı və təhlükəsizliyi naminə aparılan anti-terror əməliyyatlarını misal göstərmək olar.

Ölkəyə qarşı basqılara uğurla sinə gərib sərt mövqe bildirən Türkiyə, tarixi qonşuluq siyasətini və dəstək əlini də heç vaxt əsirgəməyib. Bu gün Suriya, İraq, Şimali Afrika, Balkanların istənilən yerində Türkiyə ilə bağlı fikirlər müxtəlif olsa da, Türkiyə ordusu üçün “Sadiq Türk gəldi” ifadəsi işlədilir. Beynəlxalq ictimaiyyətə “dünya beşdən böyükdür” və “Türkiyə Türkiyədən böyükdür” anlayışı aşılayan siyasəti təbii ki, qısqananlar da var. Tarixi köklərini də əsas tutan ölkə son vaxtlar digər türk ölkələri ilə bir çox sahədə hərbi, siyasi, iqtisadi əməkdaşlığını artırmaqdadır. Türk Dövlətləri Təşkilatının elan edilməsi və təşkilata üzv ölkələrlə bağlanmış müqavilələr bunu deməyə əsas verir. Məsələn, 2020-ci ildə Qarabağ müharibəsində bütün verilən tapşırıqları dəqiqliklə icra edən “Bayraktar TB-2” PUA-ları artıq digər qardaş ölkələrə də ixrac edilir. Bu PUA-nı Azərbaycandan sonra ilk əldə edən Türkmənistan, daha sonra Qırğızıstan, daha sonra isə Özbəkistan oldu. Qazaxıstanla isə danışıqlar davam etməkdədir. Ümumiyyətlət, Beynəlxalq hərbi araşdırmaların statistik göstəricilərinə görə, 2022-ci ilin ən çox sifariş alan və satılan PUA-sı “Bayraktar TB-2” olub. Yəni ki, “Baykar” şirkəti artıq dünya hərb tarixində köklü dəyişikliklərin bayraqdarına çevrilib.

Bütün bunlar isə Türkiyənin son illərdə nail olduğu inanılmaz uğurların yalnız bir hissəsidir. O uğurlar ki, hər birindən qardaşı Azərbaycana da pay düşür

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR