“Reket jurnalistləri saxlayan nazirlər, məmurlar var”

# 17:49
14 dekabr 2021

Bu qanunun Milli Məclisə təqdim edilməsi çox vacib idi:

 

Bunu deputat Vahid Əhmədov deyib. O qeyd edib ki,  “KİV haqqında” qanunun qəbulundan 20 il keçib: “Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda senzuranın ləğvi ilə bağlı qərar verdi, Azərbaycanda jurnalistlər üçün çox azad bir mühit yaratdı. Heydər Əliyev ona yaxınlaşan bütün jurnalistlərə cavab verirdi. O elə şərait yaradırdı ki, media azad olsun. Belə hesab edirəm ki, 44 günlük Vətən müharibəsində medianın üzərinə düşən işin ağırlığını Prezident İlham Əliyev öz üzərinə götürdü”.

 

Deputat bildirib ki, medianın, jurnalistin azad olmasını istəyir: “Ona görə ən birinci medianın maliyyə məsələsi həllini tapmalıdır. Media reklam şirkətləri ilə normal işləməlidir. Amma Azərbaycanda medianın reklam bazarı kifayət qədər aşağıdır. Azərbaycanda reket jurnalistlər çoxdur, onları saxlayan nazirlər, məmurlar, şirkətlər var. Onlar istənilən vaxt media orqanını qapatmaq imkanına malikdir. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam. Reyestrin olması vacibdir”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR