Rəşad Dağlının həbs müddəti ilə bağlı təqdimat - Məhkəmədə baxılacaq
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.
APA-nın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisə 4 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu