Rəsmi işçi ola-ola əsgər gedənlər qayıtdıqda nə etməlidirlər?

# 15:28
17 iyun 2023

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Hərbi xidmətə yollananlar arasında rəsmi iş yerlərindən ayrılıb vətən qarşısında borcunu ödəməyə gedənlər də az deyil. Ancaq təəssüf ki, bu şəxslər bəzən hərbi xidmətdən döndükdən sonra iş həyatlarına qaldıqları yerdən deyil, başdan başlayırlar. Halbuki Azərbaycan qanunvericiliyində hərbi xidmətə gedən işçilərin əmək hüquqları ilə bağlı müəyyən təminatlar nəzərdə tutulur. Hüquqşünas Şamil Paşayev əmək müqaviləsi ilə işləyən və əsgərlik vaxtı çatan şəxlərin əmək hüquqlarından danışıb. Şamil Paşayev həmçinin bildirir ki, hərbi xidmətdən qayıtmış şəxs qanunsuz olaraq işdən azad edildikdə məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. Son olaraq qeyd edək ki, “Vergi Məcəlləsi”nin tələbinə görə, işə götürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətin məbləği gəlir vergisindən azaddır. LƏMAN SALEHOVA XƏYAL İSKƏNDƏROV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR