Restoran və kafelərdə yoxlama başladı

# 20:39
5 aprel 2022

Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət xüsusi qruplar paytaxtın ictimai-iaşə obyektlərində monitorinqlər keçiriblər.


APA TV xəbər verir ki, monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimovun sözlərinə görə, Fəvvarələr Meydanı, Nizami küçəsi və digər mərkəzi ərazilərdə 10 illərlə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin əksəriyyəti özəldir və burada baş verənlərin məsuliyyətini sahibkar özü daşıyır:

“Bu gün icra qurumları özəl sektora və sahibkarların daxili işlərinə müdaxilə edə bilməzlər. Qanun buna yol vermir. Bu da Azərbaycan dövlətinin əsas naliyyətlərindən biridir. Özəl obyektlərin fəaliyyətini nəzarətdə saxlayan qurumlar var. Baş verən hadisə ilə bağlı bəzi insanlar populist çıxışlar edib özlərinə siyasi dividend qazanmaq istəyirlər".

Reyd zamanı təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.
Reyddə iştirak edən “Azəriqaz” İB-nin rəsmisi İlkin Behbudov bildirib ki, yalnız layihədə obyektdə maye qazdan istifadə olunmağına icazə verilməsi barədə qeydlər varsa, qazdan istifadə oluna bilər.

”Harada ki, icazə verilir, təbii qazdan istifadə edilməyə orada istifadə oluna bilər. Restoranın üstündə heç bir əlavə tikili olmadıqda, layihə-smeta sənədləriylə təbii qazdan istifadə edilməsinə icazə veriləndə, təbii ki, istifadə oluna bilər. Lakin layihədə istifadəyə icazə verilmirsə, bu zaman sahibkarlar buna əməl etməldir”.

Qeyd edək ki, ilk olaraq Bakının mərkəzi ərazisində, daha sonra yaradılan digər qruplar tərəfindən bütün ictimai-iaşə və digər xidmət obyektlərində monitorinqlərin aparılması nəzərdə tutulub.


Semral Cavad
Fariz Quluyev
APA TV








 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR