Rəsulzadənin heç yerdə görmədiyiniz nadir görüntüləri yayıldı
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nadir fotolarından biri yayılıb. APA TV “Yeniavaz”a istinadən xəbər verir ki, foto “Auksion/Herrac” səhifəsində hərraca çıxarılıb. Məlumata görə, foto Azərbaycan Cümhuriyyətinin 9-cu il dönümündə, 28 May 1927-ci ildə İstanbulda çəkilib. Fotonun karton çərçivəsinin ön və arxa üzündə Azəri Türk Gənclər Birliyinin möhürü və ərəb hərfləri ilə yazılar var. Yazılarda bunlar qeyd olunub: Ön üz üst hissə: İstiqlal ələmdarı möhtərəm və müəzzəz rəisimiz Məmməd Əmin Bəy əfəndiyə təqdim (Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Böyük ehtimalla foto Rəsulzadənin arxivindən çıxıb). Ön üz aşağı hissə: İstanbulda Azərbaycan istiqlaliyyətinin 9-cu il dönümü 28 Mayıs (1927) günü tayid münasibətiylə Azəri Türk Gənclər Birliyi nəşriyyatından.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib