Riad Əhmədovun cənazəsi İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı

# 18:24
30 sentyabr 2023

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilib. Vida mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Vida mərasimində çıxış edənlər Riad Əhmədovun şərəfli döyüş yolundan danışıb, onun vətənini canından çox sevdiyini xüsusilə vurğuladılar.

 

 

Vida mərasimindən sonra onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb. Dəfn mərasimində əvvəl yaylım atəşi açılıb. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici kəşfiyyat idarəsinin rəisi Orxan Sultanov və rəsmi şəxslər var idi.

 

 

Qeyd edək ki, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.

 

AYTƏN SAKİTQIZI

ARİF ƏLİYEV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR