Riqada reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib
Azərbaycanın Latviya Respublikasındakı Səfirliyi tərəfindən Riqa şəhərinin altı müxtəlif səmtinin mərkəzi küçələrində yerləşən böyük ölçülü reklam lövhələrində Azərbaycan həqiqətlərinə dair məlumatlar yerləşdirilib.
Bu barədə APA TV-yə Azərbaycanın Latviyadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, həmin məlumatlarda Azərbaycan Respublikasının xəritəsi üzərində “Qarabağ Azərbaycandır!” şüarı ilə yanaşı, “StopArmenianTerrorism” və “StopArmenianAggression” və “PrayForAzerbaijan” həştəqləri, həmçinin “Ermənistan mülki vətəndaşlara hücum edir”, “Erməni işğalına son” və “Terrora son” ifadələri yer alıb.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib