Ronaldo məşqi yarımçıq tərk edib
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo komandanın məşqini yarımçıq tərk edib.
APA TV Apasport.az saytına istinadən xəbər verir, portuqaliyalı hücumçu bugünkü səhər məşqini sona çatdıra bilməyib.
Buna forvardın zədəsi səbəb olub. Əlində xəsarət olan Ronaldo məşq etməkdə çətinliklə üzləşib.
Qeyd edək ki, Portuqaliya millisinin futbolçusunun transfer pəncərəsinin sonuna qədər Turin klubunu tərk edəcəyi barədə xəbərlər yayılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycandan keçməklə Ermənistana növbəti yük yola salındı
Şükürbəyli kəndinə növbəti köç: 25 ailə doğma yurduna qayıtdı