Rubl sürətlə ucuzlaşır, nələri itirə bilərik?

# 10:50
25 yanvar 2022

“Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür. Bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib. Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib”.

APA TV xəbər verir ki, Bunu Milli M
əclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O bildirib ki, Rusiyanın valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq. Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu rublun məzənnəsindəki zəifləmləri daha da sürətləndirəcək.

Bəs görəsən rublun dəyər itirməsi Rusiyada yaşayan, eləcə də şimal qonşumuza mal ixrac edən vətəndaşlara necə təsir göstərəcək?

Bununla bağlı Vüqar Bayramov bildirib ki, Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşımızdır. Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər.

İqtisadçı ekspert Rəşad Həsənovun da fikrincə, rubl bu cür dəyərdən düşərsə, Rusiyada yaşayan Azərbaycanlılar satdığı məhsulların qiymətini artırmalı olacaq. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. Nəticə vətəndaşlarımıza iki aspektdə təsir edə bilər: ”Azərbaycandan miqrasiya edib, Rusiyada yaşayan vətəndaşlarımızın geri dönməsi üçün zəruriyyət yarana bilər. Bu isə dolanışığın və işsizliyin gətirdiyi çətinliklərlə bağlı olacaq. Bu isə əmək bazarında təzyiqlər deməkdir. İkinci nüans isə, şimal qonşumuzda yaşayan soydaşlarımızın ölkəyə daha az pul göndərməsi ilə nəticələnə bilər”.

Vüqar Bayramovun fikrincə, rubl daha böyük dəyər itirəcəyi halda bu əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək. Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir. Bununla belə, əgər tərəflər gərginliyi diplomatik yollarla həll edərsə, rublun məzənnəsi mövcud intervalda dəyişəcək.


Semral Cavad
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR