“Rus diktatorun əsgərləri geri çəkilməlidir” - NATO baş katibi
Kiyev və Moskva arasında danışıqların nəticəsi cəbhədəki vəziyyətdən asılı olacaq.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Azadlıq” radiosuna müsahibəsində deyib. Eyni zamanda, NATO Ukraynanı müstəqil və rus diktatorunun əsgərlərini geri çəkə bilən görmək istəyir.
Cəbhə xəttinin hazırki yerdə dondurulması ehtimalının nə dərəcədə real olması sualına Stoltenberq "NATO-nun məsuliyyəti bunun baş verməsinin qarşısını almaq" olduğunu deyib.
Baş katib bildirib ki, Ukrayna danışıqlar üçün hansı şərtlərin və nəticənin onun üçün məqbul olduğuna özü müstəqil qərar verir. Eyni zamanda, o əlavə edib ki, danışıqların nəticəsi döyüş meydanındakı güclə qırılmaz şəkildə bağlıdır.
“Beləliklə, əgər biz danışıqlar yolu ilə Ukraynanın sabah müstəqil, suveren dövlət kimi qalib gələcəyi nəticəyə nail olmaq istəyiriksə, o zaman bu gün hərbi dəstək verməliyik”, - NATO-nun baş katibi izah edib.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək