Rus ordusu Zelenskinin ofisinə girdi: Bayraq çıxarıldı

# 13:09
28 mart 2022

Rusiya ordusu Ukrayna Prezidenti Volodimir Zelenskinin Xersondakı nümayəndəliyinin ofisinə girib.

 

APA TV xəbər verir ki, hadisə barədə nümayəndəliyin feysbuk səhifəsində məlumat verilib.

 

Bildirilir ki, rusiyalı hərbçilər yarımadanın işğalı ilə əlaqədar Ukrayna prezidentinin Krımdakı nümayəndəliyinin Xersonda yerləşən ofisinə giriblər.

 

“Binanın qapısı sındırılıb, Ukrayna bayrağı çıxarılıb. Otaqda qalan avadanlıq və sənədlər ələ keçirilib. Eyni zamanda, biz təxribatları istisna etmirik və vətəndaşları diqqətli olmağa, idarəyə gəlməkdən çəkinməyə çağırırıq”, – deyə məlumatda bildirilir.

 

Döyüş əməliyyatları və Rusiyanın təcavüzü səbəbindən Xersondakı prezident ofisi müvəqqəti bağlanıb, onun əməkdaşları öz funksiyalarını məsafədən yerinə yetirirdilər.

 

Qeyd edək ki, hazırda Xersonda Ukrayna döyüşçüləri ilə rus ordusu arasında şəhər döyüşləri gedir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR