Rusiya 2 gündə nə qədər itki verib?

# 12:20
26 fevral 2022

Ukrayna Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.

 

APA TV-nin UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Rada” telekanalının efirində deyib.

 

Onun sözlərinə görə, bu səhərə olan məlumata əsasən, 3500-dən çox Rusiya hərbçisi ölüb və 200-ə yaxın hərbçi əsir alınıb.

 

Ukrayna Silahlı Qüvvələrinin “Twitter” hesabında paylaşılan məlumata görə, fevralın 24-dən bu səhərədək Rusiyaya məxsus 14 təyyarə, 8 vertolyot, 102 tank, 535 zirehli döyüş maşını, 1 BUK (zenit raket kompleksi) məhv edilib.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov isə Kiyevdə vəziyyətin Ukrayna Silahlı Qüvvələrinin və şəhər sakinlərinin nəzarəti altında olduğunu açıqlayıb.

 

Bu arada ABŞ Prezidenti Co Bayden Ukraynaya təcili hərbi yardım barədə memorandum imzalayıb.

 

Müvafiq sənədi Ağ Ev yayıb. Dövlət katibi Entoni Blinken bildirib ki, o, Ukraynaya 250 milyon dolar həcmində yardımın ABŞ-ın maraqları üçün vacib olduğunu araşdırmalıdır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR