Rusiya 8 gündə nələr itirib? / Rusiya-Ukrayna savaşı

# 14:51
3 mart 2022

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində paylaşım edilib.

 

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 217 ədəd tankı, 900 ədəd zirehli hərbi maşını, 90 ədəd artilleriya sistemi, 42 ədəd reaktiv yaylım atəşi sistemi, 11 ədəd hava hücumundan müdafiə sistemi, 30 ədəd təyyarəsi, 31 ədəd helikopteri, 374 ədəd avtomobil texnikası, 2 ədəd sürətli kateri, 60 ədəd sisterni, 3 ədəd dronu məhv edilib.

 

Nazirlik bildirib ki, vurulan təyyarə və helikopterlərin sayı ilə bağlı informasiya dəqiqləşdirilir.

 

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin 9000 nəfər canlı qüvvə itirdiyini bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR