Rusiya bu ölkələr üçün hava məkanını bağlayır

# 19:13
28 fevral 2022

Rusiya 36 ölkə üçün hava məkanını bağlayır.

 

APA TV-nin RT-yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Rusiya Almaniya, İspaniya, İtaliya və Fransa da daxil olmaqla 36 ölkə üçün hava məkanını bağlayır.

 

Qeyd edək ki, Aİ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar öz hava məkanını Rusiya təyyarələrinə bağlayıb.

 

Yeri gəlmişkən qeyd edək ki, Avropa İttifaqının Rusiya aviaşirkətləri üçün hava məkanını bağlaması səbəbi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İsveçrəyə səfəri ləğv olunub.

 

Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak etməli idi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR