Rusiya bu şəhərləri ələ keçirə bilməyib - BRİTANİYA KƏŞFİYYATI
Son üç gündə Rusiya qüvvələri Ukraynada cüzi irəliləyiş əldə edib.
APA TV-nin xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, Kiyevə doğru irəliləyən böyük rus hərbi karvanının əsas hissəsi Ukraynanın güclü müqaviməti, mexaniki nasazlıq və həddindən artıq yüklənmə səbəbindən gecikir və şəhərin mərkəzindən 30 km-dən çox məsafədə qalır.
"Rusiyanın Xarkov, Çerniqov və Mariupol şəhərlərini şiddətli atəşə tutmasına baxmayaraq, bu şəhərlər Ukraynanın əlində qalır. Bəzi rus qüvvələri Xerson şəhərinə daxil olub, lakin hərbi vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.
Rusiya Müdafiə Nazirliyi bu müharibədə artıq 498 rus əsgərinin həlak olduğunu, 1597-nin isə yaralandığını etiraf etmək məcburiyyətində qalıb. Ölənlərin və yaralananların faktiki sayı, demək olar ki, xeyli çox olacaq və artmaqda davam edəcək", - deyə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)