Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi açılacaq
Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiyadakı hissəsində yaxın vaxtlarda hərbi komissarlığın səfərbərlik məntəqəsi açılacaq.
APA TV-nin Rusiya bürosunun Şimali Osetiyanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar “Yuxarı Lars” keçid məntəqəsində keçirilən müşavirədə qəbul edilib.
Qeyd olunub ki, Şimali Osetiyanın daxili işlər naziri, Dövlət Yol Müfəttişliyinin rəisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbərlərinin iştirakı ilə “Yuxarı Lars” sərhəd keçid məntəqəsində müşavirə keçirilib.
Müşavirədə Şimali Osetiyadakı “Yuxarı Lars” keçid məntəqəsindən Rusiya-Gürcüstan sərhədini piyada keçməyə icazə verilməsi haqqında qərar qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu