Rusiya ilə bağlı DƏHŞƏTLİ FAKTLAR / Rusiya-Ukrayna savaşı

# 12:42
1 mart 2022

Rusiya Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilməyib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

 

Bildirilib ki, Rusiya qüvvələri son 24 saat ərzində Kiyevə doğru az irəliləyiş əldə edib, bu da ehtimal olunur ki, davamlı logistik çətinliklərlə bağlıdır.

 

“Rusiya qüvvələri Kiyevin şimalında və Xarkov və Çerniqov ətraflarında artilleriyadan istifadəni artırıb. Əhalinin sıx məskunlaşdığı şəhər ərazilərində ağır artilleriyadan istifadə mülki əhalinin tələfat riskini xeyli artırır”, - deyə kəşfiyyat xidmətinin məlumatında vurğulanıb.

 

Qeyd olunub ki, Rusiya Ukrayna üzərindəki hava məkanına nəzarəti ələ keçirə bilməyib və öz itkilərini azaltmaq üçün gecə növbəli əməliyyatlara başlayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR