Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.
APA TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlamentdəki qrup toplantısında bildirib.
Ərdoğan deyib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.
“Türkiyə atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə etmək və prosesə nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq.
Mərkəz Azərbaycanın işğaldan azad edilən ərazilərində qurulacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısının alınması üçün bütün tədbirləri mərkəz görəcək”.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib