Rusiya istehsalı olan smartfonlar işləməyəcək - SƏBƏB
“Google” Rusiyanın yerli şirkətləri tərəfindən istehsal edilən smartfonlar üçün Android əməliyyat sistemini lisenziyalaşdırmağı dayandırıb.
Lent.az xəbər verir ki, bu barədə “Mobile Research Group” şirkətinin analitiki Eldar Murtazin “Telegram” kanalında bildirib.
Qeyd edək ki, Rusiyanın bir neçə yerli şirkəti Android smartfonların istehsalı ilə məşğul olur. Android platforması özü pulsuzdur və açıq mənbə koduna sahibdir. Lakin buna baxmayaraq əgər istehsalçılar platforma daxilində “Google” servislərindən istifadə etmək istəyirlərsə, onlar sertifikatlaşdırma prosesindən keçməlidirlər.
“Google” şirkəti bu qərarının ABŞ sanksiyalarının tərkib hissəsi kimi eksport qanunu ilə bağlı olduğunu açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib