Rusiya MN vətəndaşların hərbi komissarlığa çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirdi

# 16:47
26 mart 2022

Rusiya vətəndaşlarının ehtiyatdan hərbi komissarlığa çağırılması ilə bağlı iddia edilən saxta zənglər Ukraynanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir.

 

APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, son günlər Rusiyanın bir çox kişi cinsindən olan vətəndaşlarına saxta telefon zəngləri daxil olub ki, həmin zənglərdə avtomatik cavab verənin səsi onların hərbi komissarlığa çağırılması məlumatını verir.

 

“Bütün bu cür saxta zənglər Ukrayna ərazisindən edilir, onlar tamamilə həqiqətə uyğun deyil və Ukrayna xüsusi xidmət orqanlarının təxribatıdır”, - deyə rusiyalı general bildirib.

 

Konaşenkov vurğulayıb ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi ehtiyatda olan heç bir vətəndaşı hərbi komissarlıqlara çağırmır və çağırmağı planlaşdırmır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR