Rusiya nə qədər itki verib?
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
APA TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.
Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 586 tankı, 1694 zirehli döyüş maşını, 302 artilleriya sistemi, 95 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 123 hərbi təyyarəsi, 127 helikopteri,1150 avtomobil texnikası, 7 gəmi/kater, 73 yanacaq çəni, 66 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 21 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 17000-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu