Rusiya niyə Ermənistana nota verdi? - SİYASİ GƏRGİNLİK ARTIR

# 18:18
18 avqust 2022

 

Ermənistan KİV-lərində paytaxt İrəvanın “Sürməli” ticarət mərkəzində baş verən partlayışın Rusiya tərəfindən törədilməsi ilə bağlı bir neçə yazı dərc olunub. APA TV xəbər verir ki, məhz buna görə də, Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib, üstəlik bəyanat Rusiya səfirliyinin rəsmi sosial şəbəkə hesablarında da paylaşılıb. Notada bildirilib ki, Ermənistan KİV-lərində dərc olunan məlumatlar Rusiya- Ermənistan münasibətlərinə xələl gətirir və buna görə yaranmış vəziyyətin qarşısı alınmalıdır: "Biz yerli informasiya məkanında avqustun 14-də “Sürməli” ticarət mərkəzində baş vermiş faciədə Rusiya strukturlarının əli olması ilə bağlı saxta ittihamların yer aldığı rüsvayçı materiallardan təəssüflənirik. Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”. Qeyd edək ki, ilk olaraq ermənilərin milləyitçi “Sasna Tsrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi. Notadan sonra Ermənistanın media qurumlarında Rusiya əleyhinə çıxışlar çoxalıb. Ermənistanın “Hraparaq” qəzeti “Sasna Tsrer” qruplaşmasının çıxışlarının dərcinə başlayıb. Hakimiyyət nəzarəti altında fəaliyyət göstərən QHT və siyasi partiya sektoru nümayəndələri də rusların geosiyasi qarşıdurma, hibrid müharibə və s. ilə məşğul olduqlarını iddia ediblər: “Bir neçə gündür ki, dövlət və hökumət səviyyəsində müttəfiq dövlətin ünvanına səslənən ağır ittihamlara heç bir reaksiya verilməyib. Onların mət¬bu¬atında səssizlik hökm sürür. Görünür, hakimiyyət, prosesi şəxsən idarə etməsəydi, dövriy¬yə¬yə buraxılan versiyalarla razılaşmazdılar.” “Hraparaq” qəzeti qeyd edir ki, Nikol Paşinyan hakimiyyətə gələndən bu cür siyasi gedişlər edir. Hər şeydə günahkar kimi özünü və komandasını deyil, sələflərini, xalqı, Avropa və Rusiyanı görür. Paşinyan Rusiyaya bu prinsiplə yanaşdı, Moskvanı müttəfiq hesab edərək siyasi balanslaşdırma ilə məşğul oldu. Xarici İşlər Nazirliyinin keçmiş yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, “Sürməli” hadisəsi Ermənistan mesajdır. O iddia edib ki, bu mesaj Rusiyaya aiddir və İrəvanı etibarlı tərəfdaş hesab etmədiyinə dair verilmiş siqnaldır. Keçmiş XİN rəsmisi onu da vurğulayıb ki, baş verən siyasi gərginlik gözlənilən idi. O əlavə edib ki, adətən, müttəfiq dövlətlər arasında belə məsələlər daha çox müzakirə formatında həll olunur. Keçmiş diplomat deyir ki, karyerasında belə halla rastlaşmayıb, bu günə qədər belə arzuolunmaz söz ehtiyatları ilə zəngin notanın olub-olmadığını isə xatırlamır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR