Rusiya ordusunda döyüşən azərbaycanlı hərbçi kimdir?
Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu - 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.
APA TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Onun nəşi artıq Azərbaycana gətirilib.
Qeyd edək ki, Ş. Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib