Rusiya QXC-nin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir

# 18:03
11 sentyabr 2023

 

Artıq 2-ci gündür ki, Bərdə şəhərində gözləyən Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) ərzaq dolu yük avtomobili ötən gün Ağdam Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli sakinlərə çatmalı idi. Hələ də keçid baş tutmayıb. Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb. Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Emin Babayev, Fəzail Səfərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR