Rusiya səfirliyinin önünə gül dəstələri düzüldü - APA TV
Martın 22-də axşam saatlarında Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş verən qətliamla bağlı Bakıdakı Rusiya səfirliyində dövlət bayrağı yarıya qədər endirilib. Səfirlikdən verilən məlumata görə, qurumda onlayn xatirə kitabı da açılıb. Mediaya açıqlama verən Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O vurğulayıb ki, insanlar faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətiririlər.
Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib.
Səfirliyin binasının qarşısına gəlib gül dəstələri düzərək kədərlərini bölüşənlər arasında həm Azərbaycan, həm də Rusiya vətəndaşları var idi.
Xatırladaq ki, Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”da baş verən silahlı hücumda yüzlərlə ölən və yaralananlar var.
Fuad Sadıqov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu