Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşən postlarını bağlamağa başlayıblar – APA
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır. “Sputnik Armenia” nəşrinin məlumatına görə, Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxır.
Qeyd edək ki, bu barədə razılaşma mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilib.
Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməlidirlər.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu