Rusiya Silahlı Qüvvələri Ukraynanın itkilərini açıqladı
Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi obyektinə zərbə endirib.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Ümumilikdə, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub. Bunlardan 14-ü hərbi aerodrom, 19-u komanda-idarəetmə mərkəzi və rabitə mərkəzi, 24-ü S-300 və "Osa" zenit-raket kompleksləri, 48-i radiolokasiya stansiyalarıdır.
Konaşenkov qeyd edib ki, Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə yüksək dəqiqliyə malik silahlarla zərbələr endirib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib