Rusiya təyyarəsi 4 illik fasilədən sonra Tbilisidə
Təxminən 4 il sonra Rusiyaya məxsus ilk sərnişin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanına enib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, “Azimuth Airlines” aviaşirkətinə məxsus təyyarə hava limanında etiraz aksiyası ilə qarşılanıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə hava limanına çox sayda polis cəlb edilib.
Gürcüstan Prezidenti Salome Zurabişvili də aviareysin alqışlanmadığını bəyan edib: "Gürcü xalqının etirazına baxmayaraq Rusiya öz alqışlanmayan təyyarəsini Tbilisiyə endirib”, - deyə Zurabişvili Tvitterdə qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu