Rusiya Tokio ilə sülhdən imtina edib, təlimlərə başladı
Rusiya Yaponiyanın Şimal ərazisi adlandırdığı və üzərində hüquqlarını iddia etdiyi Kuril adalarının da daxil olduğu bölgədə hərbi təlimlərə başlayıb.
APA TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada artilleriya birlikləri də daxil olmaqla, 3 min əsgərin təlim keçdiyi, eyni zamanda kəşfiyyat fəaliyyətləri üçün ən müasir pilotsuz uçuş aparatlarından istifadə olunduğu və tank əleyhinə raket buraxılış prosedurlarının həyata keçirildiyi bildirilib.
Yaponiya mediası Rusiyanın Yaponiya ilə sülh müqaviləsi danışıqlarını dayandırmasından sonra keçirilən təlimi “Tokioya hədə-qorxu gəlmək” kimi şərh edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib